Akademik Məqsədlər üçün III İngilis Dili Olimpiadasının qalibləri  3 may 2018-ci il, saat 10:00-da ADA Universitetində keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq. Olimpiadanın ikinci mərhələsində iştirak edən şagirdlər bu tədbirə dəvətlidirlər. Mükafatlandırma mərasimində sonra bütün iştirakçıların topladığı ballar olympiad.ada.edu.az saytında yerləşdiriləcək.

 

Qeyd edək ki, Olimpiada 2 mərhələdə keçirilib. 1-ci mərhələdə iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. 2-ci mərhələdə isə şagirdlər yazı və dinləmə qabiliyyətindən imtahan veriblər. Hər düzgün cavab bir balla qiymətləndirilir və 2 mərhələ üzrə toplanılan ən yüksək nəticə 100 bal təşkil edir. Ümumilikdə, bal göstəricisinə görə ən çox bal toplayan 3 şagird qalib hesab olunurlar.

 

Digər iştirakçılar isə sertifikatla təltif olunacaqlar.

 

ADA Universitetinə gələrkən, şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.